"Avromed Company" Qapalı Səhmdar Cəmiyyəti məhkəməyə verilib.
MilliYol.Az-ın əldə etdiyi məlumatına görə, buna səbəb QSC-nin gömrük qaydaları əleyhinə olan inzibati xətalar törətməsidir. Şirkətə qarşı Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2 maddəsi ilə iş açılıb.
Hazırda "Avromed Company" QSC barəsində inzibati xəta haqqında icraat aparılır. İşə Bakı Şəhəri Nizami rayon məhkəməsində Mətanət Hacıyevanın sədrliyi ilə işə baxılır.
Qeyd edək ki, deputat Cavanşir Feyziyevə məxsus olan "Avromed Company" QSC-nin icraçı direktoru və qanuni təmsilçisi İskəndərov Kamran İnqilab oğludur. O, bu ilin fevral ayında şirkətə icraçı direktor təyin edilib.
“Avromed” Azərbaycana dərman və tibbi ləvazimatların aparıcı idxalçılarından biridir. Ən böyük apteklər şəbəkəsinə malikdir, həmçinin dövlət satınalmaları üzrə dərman preparatlarının ilk beş tədarükçüsündən biridir.
Aydın