Rusiya nümayəndə heyətinin rəhbəri, prezidentin köməkçisi Vladimir Medinski görüşün nəticələri barədə pozitiv danışıb.
"Danışıqlar konstruktiv keçdi. Biz Ukraynadan baxılmaq üçün təkliflər almışıq - bu, onların müqaviləyə daxil edilməsi ilə bağlı aydın şəkildə ifadə olunmuş mövqedir. Yaxın vaxtlarda bu təkliflərə baxılacaq, prezidentə məlumat veriləcək və cavabımız veriləcək”.
Bundan əlavə, prezidentin köməkçisi Rusiyanın vəziyyətin gərginləşməsini azaltmaq üçün Ukraynaya doğru iki addım atacağını bildirib. Onun sözlərinə görə, bu addımlar siyasi və hərbi istiqamətlərə aiddir.
Eyni zamanda Medinski əlavə edib ki, Rusiya və Ukrayna prezidentləri Vladimir Putin və Vladimir Zelenski arasında görüş Rusiya və Ukrayna arasında XİN səviyyəsində ilkin sülh müqaviləsinin imzalanması ilə eyni vaxtda mümkündür.
"Bugünkü dialoqun nəticələri liderlər səviyyəsində görüşün keçirilməsi üçün kifayət edir".
Qaynarinfo xəbər verir ki, bu sözləri isə Ukrayna nümayəndə heyətinin üzvü Mixail Podolyak İstanbulda baş tutan görüşdən sonra jurnalistlərə açıqlamasında deyib.
O qeyd edib ki, danışıqlar asan keçməsə də, Rusiya tərəfi onları tələblərini diqqətlə dinləyib.
"Humanitar dəhlizlərin açılması vacib olan xeyli yer var. Bugünkü görüşdə həm Rusiya ilə münasibətlərdə, həm də təhlükəsizliyimizə təminat verən ölkələrlə bağlı müəyyən məsələlər müzakirə olundu. Həmçinin biz humanitar dəhlizlərlə bağlı fikir mübadiləsi apardıq”, - o bildirib.
"Kiyev və Çerniqov istiqamətində hərbi əməliyyatlar kəskin şəkildə azaldılır".
"RİA Novosti"nin xəbərinə görə, bu barədə müdafiə nazirinin müavini Aleksandr Fomin bildirib.
"Bu addım Ukraynanın neytrallığı və qeyri-nüvə statusu haqqında sazişin hazırlanması, habelə Ukraynaya təhlükəsizlik zəmanətlərinin verilməsi ilə bağlı danışıqların bugünkü görüşdə müzakirə olunan prinsiplər nəzərə alınmaqla praktiki fəaliyyətə keçməsi ilə əlaqədardır. Rusiya qarşılıqlı etimadı artırmaq və gələcək danışıqlar üçün lazımi şərait yaratmaq və yuxarıda göstərilən sazişin imzalanması ilə bağlı razılığa gəlmək məqsədiilə Kiyev və Çerniqov istiqamətində hərbi fəaliyyəti azaldır" - Fomin deyib.
"Biz saizişi imzalayacaq ölkələrdən Ukrayna üçün NATO-nun 5-ci maddəsindən daha sərt olan bir təhlükəsizlik zəmanəti almaq istəyirik".
Bunu Ukrayna nümayəndə heyətinin rəhbəri David Araxamia Rusiya ilə danışıqlardan sonra keçirilən brifinqdəbildirib.
Araxamia deyib: "Avropada təhlükəsizlik mövzusu böyük çat verdi, işləmir".
"Biz rəsmi təkliflərlə gəlmişik. Amma dərhal deyirəm ki, biz heç nəyə imza atmamışıq, sadəcə olaraq danışıqlar aparan şəxs kimi mövqeyimizi Rusiyaya çatdırdıq.
Ukrayna üçün yeni təhlükəsizlik zəmanəti sistemini biz necə görürük? Biz təkid edirik ki, bu, bütün təhlükəsizlik təminatlarının yer alacağı və parlamentlər tərəfindən də təsdiqlənən bir müqavilə olsun. Biz, sonrada adi kağıza çevrilən Budapeşt Memorandumu kimi səhvi yenidən təkrarlamaq istəmirik.
Biz bunun Ukrayna üçün spesifik təhlükəsizlik təminatları olan işlək beynəlxalq mexanizm olmasını istəyirik ki, burada qarant ölkələr NATO-nun 5-ci maddəsinə bənzər, lakin daha da sərt davranacaqlar, çünki motivasiya mexanizmi var. Biz deyirik ki, üç gün ərzində məsləhətləşmələr aparılmalıdır. Biz təhlükəsizlik qarantı kimi BMT Təhlükəsizlik Şurasının üzvlərini (İngiltərə, Çin, Rusiya, ABŞ, Fransa, Türkiyə, Almaniya, Kanada, İtaliya, Polşa, İsrail) görürük.
Biz təminat müqaviləsinə sərbəst qoşulmağı təklif edirik: əgər başqa ölkələr də qoşulmaq istəsə, biz onlara qanuni hüquq verəcəyik.
Əlbəttə ki, bizim Donetsk, Luqansk və Krımla bağlı həll olunmamış problemlərimiz var, ona görə də zəmanətlər müvəqqəti olaraq bu ərazilər üçün işləməyəcək. Bəzi ölkələr artıq ilkin razılıq veriblər, lakin biz rəsmi açıqlamaları gözləyirik.
Bu, bizim Ukrayna üçün təhlükəsizlik baxımından qurmaq istədiyimiz yeni gələcəkdir.
Həmçinin, bu qarantlar Ukraynanın Aİ-yə daxil olmasına kömək etməlidir" - Araxamia deyib.
Ukrayna Krım məsələlərini 15 il ərzində həll etməyi təklif edir
Ukrayna nümayəndə heyəti Rusiyaya razılaşmanın ayrıca bəndində Krımın və Sevastopolun statusu məsələsinin ikitərəfli danışıqlarda 15 il ərzində həll olunacağını təsbit etməyi təklif edir.
Bu sözləri Rusiya ilə danışıqlarda iştirak edən Ukrayna Prezident Aparatının rəhbərinin müşaviri Mixail Podolyak jurnalistlərə deyib.
"Məsələn, Krım kimi məsələlərə gəlincə, bu, həm də sazişin ayrıca bəndidir. Biz Ukrayna və Rusiyanın Krımın və Sevastopolun statusu ilə bağlı ikitərəfli danışıqların 15 ilə ayrı-ayrılıqda aparılması təklifini təsbit etməyi təklif edirik. Həmçinin bu müddət ərzində danışıqlar davam edərkən tərəflər Krım probleminin həlli üçün hərbi və ya silahlı qüvvələrdən istifadə etməyəcək" - Podolyak əlavə edib.