İmişlidə ailəsi qaçırılan qızdan imtina edib.
MilliYol.Az ölkə.az-a istinadən xəbər verir ki, rayonun kəndlərindən birində qıza elçi gələnlər rədd cavabı aldıqdan sonra bu yola əl atıblar. Əslən İmişlidən olan jurnalist Nadir Qocabəyli bu barədə sosial şəbəkədə yazıb:
"İndicə dəhşətli bir hadisə eşitdim. Rayonumuzdakı kəndlərdən birində qıza elçi gedib, rədd cavabı aldıqdan sonra bir maşın kişi qızı kəndin ortasından götürüb qaçıb. İki gün sonra qız telefon əldə edərək atasına zəng vurub və deyib ki, məni zorla qaçırıblar. Ancaq hələ toxunmayıblar, gəl, məni apar. Ata getməzdən qabaq öz atasıyla, yəni qızın babasıyla məsləhətləşib. Baba buna razı olmayıb, deyib ki, o qızı qaytarıb gətirsən, heç kəs almayacaq. Qız məcburən o adama ərə getməli olub. Onu da qeyd edim ki, qızın babası hazırda orta məktəb müəllimidir".
MilliYol.Az
Digər xəbərlər
loading...