Dünya bazarında "Azeri Light" (CIF) markalı neftin qiyməti azalıb.
MilliYol.Az xəbər verir ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 6,59 ABŞ dolları və ya 5,3% azalaraq 117,28 dollar təşkil edib.
Dünən “Brent” markalı neftin bir bareli 108,08 ABŞ dolları olub.
Xatırladaq ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb. Azərbaycanda neft əsasən "Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokunun işlənməsi haqqında müqavilə çərçivəsində hasil edilir. Müqavilədə Dövlət Neft Şirkətinin (SOCAR) payı 25 %-dir.
Digər xəbərlər
loading...