"Regionda və dünyada vəziyyət gərgindir. Biz də bu gərginliyi azaltmaq üçün həll variantlarını axtarıb tapmalıyıq. Bunun üçün məsuliyyət daşıyırıq".
MilliYol.az xəbər verir ki, bu sözləri Ermənistanın baş naziri Nikol Paşinyan deyib. Baş nazir hökumətin iclasındakı çıxışı zamanı Azərbaycanla sülh danışıqlarına başlamalı olduqlarını bildirib:
"Fikrimizcə, Ermənistanla Azərbaycan arasında sülh danışıqları dərhal başlamalıdır. İki ölkə sərhədlərinin delimitasiyası və demarkasiyası istiqamətində də işlər sürətləndirilməlidir" deyə Paşinyan qeyd edib.
Digər xəbərlər
loading...