"Azerenerji" ASC-nin Azərbaycan iqtisadiyyatındakı rolu nəzərə alınaraq hökumət şirkətin öhdəlikləri ilə bağlı öz zəmanətini verəcək.
MilliYol.Az APA-ya istinadən xəbər verir ki, bu barədə "Fitch" reytinq agentliyinin açıqlamasında deyilir.
"Hökumət "Azərenerji" ASC-nin yeganə səhmdarı olaraq qalır. Bu baxımdan tərəflər arasında olduqca sıx və strateji əlaqələr mövcuddur. Biz bu dəstəyin zəmanət formasında davam edəcəyini gözləyirik. "Azərenerji"nin kreditorlar qarşısında öhdəliklərini yerinə yetirmək üçün Azərbaycan hökumətinin kifayət qədər resursu var", - deyə açıqlamada qeyd edilib.
"Fitch" hesab edir ki, 2016-2018-ci illərdə "Azərenerji" ilə hökumət arasında mövcud olan hüquqi bağlılıqda heç bir dəyişiklik olmayacaq: "Hökumətin "Azərenerji"nin özəlləşdirilməsi ilə planları yoxdur".
MilliYol.Az
Digər xəbərlər
loading...