Sabunçu Rayon Polis İdarəsinin (RPİ) 15-ci Polis Bölməsinin (PB) rəisi Fəxrin Bektaşi yeni vəzifəyə təyin edilib.
MilliYol.az xəbər verir ki, bununla bağlı daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.
Əmrə əsasən, F.Bektaşi 15-ci PB-nin rəisi vəzifəsindən azad edilərək Nəsimi RPİ-nin 22-ci Polis Şöbəsinə rəis təyin olunub.
Qeyd edək ki, F.Bektaşi 2019-cu ildən Sabunçu RPİ-nin 15-ci PB-nin rəisi vəzifəsində çalışırdı.
Digər xəbərlər
loading...