Sanksiyalar, xarici şirkətlərin ölkədən çıxarılması, limanlarda və hava nəqliyyatında qoyulan məhdudiyyətlər fonunda Rusiyaya və Rusiyadan malların daşınması xərcləri artacaq.
RBK-nın sektor nümayəndələri arasında apardığı sorğunun nəticələri belə deməyə əsas verir.
Birləşmiş Daşıyıcılar Assosiasiyasının İdarə Heyətinin sədri Boqdan Antonenkonun fikrincə, logistik marşrutlar və tədarük zəncirləri dəyişəcək, bu da əlavə vasitəçilər, “dost ölkələrin rezidentləri” cəlb etməklə idxal olunan malların qiymətlərinə təsir edəcək.
“Pony Express”in Beynəlxalq İnkişaf Departamentinin direktoru Denis Çesnokov qeyd edib ki, tədarük zəncirlərinin əvvəlki variantları mövcud deyil: həm dəniz daşımaları, həm də hava nəqliyyatı ilə bağlı problemlər var: “Yalnız Türkiyə, Ermənistan, Özbəkistan, Monqolustan və Azərbaycan qalıb”.
Çesnokovun sözlərinə görə, qiymətlər ABŞ dolları ilə eyni irəliləyişlə dəyişəcək.
“Rail Cargo Logistics-RUS” şirkətinin multimodal daşımaların icraçı direktoru Oleksandr Sivertsev bildirib ki, Ukrayna ərazisindən tranzit də dayanıb. O qeyd edib ki, valyuta məzənnəsi ilə əlaqədar olaraq logistika xərcləri rublla ifadədə artıq artıb, lakin xarici valyutada beynəlxalq daşıma tarifləri hələlik dəyişməyib.
RTSB-RUS logistika operatorunun direktoru Aleksandr Baskakov isə izah edib ki, dollar ifadəsində tariflərin artması bazarın ilk dəyişikliklər şokundan sağ çıxdıqdan sonra qatarlarda konteynerlərin və yerlərin mövcudluğundan asılı olacaq.
“Nawinia” logistika şirkətinin baş direktoru Oleq Urvan isə hesab edir ki, yükdaşımaların qiymətinin mümkün artması səbəbindən qiymətlər dəyişəcək və bu, bahalı mallardan daha çox ucuz mallara təsir edəcək.//APA