Ölkədə fəaliyyət göstərən əksər ali təhsil ocaqlarında artıq indidən yay imtahanlarına hazırlıqlara start verilib.
Etiraf etmək lazımdır ki, bu gün istər özəl, istərsə də dövlət universitetlərinin böyük əksəriyyətində imtahanlar zamanı açıq bazar hökm sürür.
Adamda elə təsəvvür yaranır ki, sanki ali məktəblərdə alver rəsmiləşdirilib və artıq çoxluq buna adi hal kimi baxır. Bakı Biznes Universitetinin də məhz bu kateqoriyadan olan təhsil ocaqları sırasında yer aldığını vurğulayan məlumatlı şəxsin Gundelik-Baku.com-a verdiyi bilgidə deyilir ki, İbad Musa oğlu Abbasovun rektoru olduğu təhsil müəssisəsində imtahan götürən hər müəlliminin özünəməxsus «qiyməti» var.
Beləliklə, 1993-cü ildə yaradılan, hazırda mühasibat uçotu və audit, menecment, marketinq, iqtisadiyyat, sənayenin təşkili və idarə edilməsi, biznesin idarəedilməsi, dövlət və bələdiyyə idarəetməsi, maliyyə, dünya iqtisadiyyatı, tərcümə (ingilis dili) və bank menecmenti ixtisasları üzrə mütəxəssis hazırlayan Bakı Biznes Universitetində imtahatlar zamanı «5» almağın müşkül məsələ olduğunu iddia edən mənbənin sözlərinə görə, adıçəkilən ali təhsil ocağında əla qiymətin kimin alıb, kimin almayacağını rektoratlıq müəyyən edir: «Deyilənlərə görə, imtahanlar zamanı Bakı Biznes Universitetində vurhavur başlayır. Belə ki, «3», «4» və «5» qiymətin hərəsinin özünün ayrıca «haqqı» var. Bildirilir ki, infilyasiya, bazarlarda ərzaq mallarının qiymətlərinin artması, hətta dolların məzənnəsinin artıb azalması da imtahanlara öz təsirini göstərir. Bu səbəbdən bu il universitetdə imtahan qiymətlərinin bahalaşdığı qeyd olunur. Düzdür, hələlik rektoratlıqdan bununla bağlı bir söz deyilməsə də, lakin «starısta»lar vasitəsilə qiymətlərdə yeniliyin olduğunu çatdırıblar. Odur ki, deyilənlərə görə, bu semestr hər tələbə imtahanları yola verməkdən ötrü 500-700 manat civarında pul verməli olacaq.
Halbuki ötən ilin bu vaxtı tələbələr semestri daha ucuz qiymətə başa vurublar. Nəzərinizə çatdırım ki, əksər hallarda tələbələr imtahanlardan keçmək üçün sinif nümayəndələri vasitəsilə dekanlara yol tapırlar. Təbii ki, bu zaman tələbə əməlli-başlı «tərləməli» olur». Bakı Biznes Universitetinin tələblərinin bir çoxunun imkanlı şəxslərin övladı, eyni zamanda müxtəlif vəzifələrdə çalışan məmurlar olduğunu vurğulayan məlumatlı şəxs qeyd edir ki, məhz onların hesabına adıçəkilən ali təhsil müəssisəsinin rektoru İbad Abbasov külli miqdarda gəlir əldə edib: «Deyilənlərə görə, bu gün Bakı Biznes Universitetində elə tələbələr təhsil alır ki, onların üzünü tələbə yoldaşları bir dəfə də olsun görməyib, səsini eşitməyiblər. Onların əksəriyyəti imkanlı şəxslərin övladı, eyni zamanda hazırda mühüm postlarda təmsil olunan məmurlardır.
Buna görə də onlar dərsə gəlmədən rektoratlıqla danışıqlar əsasında təhsillərini başa vurmağa nail olurlar. Əgər müvafiq qurumlar bununla bağlı obyektiv araşdırma aparsalar, o zaman İbad Abbasovun rəhbərlik etdiyi universitetin «gözə görünməz tələbələri»nin hansı yollarla təhsil aldıqları, onların hansı vəzifələrdə çalışmaları bəlli olacaq. Həmçinin o da məlum olacaq ki, Bakı Biznes Universitetinin tələbələrinin bir çoxu ali təhsil ocağına ən son model avtomobillərlə gəlir və təhsil almaq əvəzinə tamam başqa işlərlə məşğul olurlar. Universitet rəhbərliyi isə gəlirdən məhrum olacağından ehtiyat etdiyi üçün onların əməllərini görməzdən gəlir. Bu kimi hallar isə son nəticədə təlim-tədris prosesinə mənfi təsir göstərir». Mövzu ilə əlaqədar qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq. (gundelik-baku.com)
Milliyol.az
Digər xəbərlər
loading...