Ukraynada humanitar atəşkəs başlayıb.
MilliYol.Az Unian-a istinadən xəbər verir ki, bu barədə Ukraynanın işğal olunmuş ərazilərinin reinteqrasiyası naziri İrina Vereşçuk məlumat verib.
Onun sözlərinə görə, ruslar Beynəlxalq Qırmızı Xaç Cəmiyyətinə müvafiq məktub göndəriblər:
"Martın 9-u səhər saat 5:30-da Ukrayna Rusiya Federasiyasından bizim əvvəllər təklif etdiyimiz marşrutlar, xüsusən də Buça, İrpen və Mariupoldan humanitar dəhlizlərlə əlaqədar mesaj alıb. Hərbçilər bu gün səhər saat 9:00-dan axşam saat 21:00-dək atəşi dayandırmağa razıdırlar".
Nazir qeyd edib ki, Vorzel, Borodianka, İrpin və Buçadan Kiyevə, Mariupoldan Zaporojyeyə, Volnovaxadan Pokrovskaya, İzyumdan Lozovaya və Enerqodardan Zaporojyeyə humanitar dəhliz açılır. Təxliyə Buça Şəhər Şurası tərəfindən təsdiqlənib. Buça və Vorzel sakinlərinə məlumat verilib ki, martın 9-da saat 10:40-11:00-da qadınlar və uşaqlar avtobusla paytaxtın dəmir yolu stansiyasına yola düşəcəklər.