"OPEC-in toplantısında qərar qəbul edilsə, qiymət daha da yüksək olacaq".
Bu sözləri qaynarinfo.az-a açıqlamasında iqtisadçı ekspert İlham Şaban son günlər dünya birjalarında neftin qiymətinin artmasına münasibət bildirərkən deyib.
İlham Şabanın sözlərinə görə, neftin qiymətinin bahalaşması üçün hazırda heç bir siyasi motiv yoxdur: "Sadəcə OPEC və qeyri OPEC ölkələrinin toplantısı olacaq. Burda kvotanın 600 min barel azaldılması məsələsinə baxılacaq. Bu da bazar üçün çox önəmlidir. Dünən birjalarda neft 2015-ci ilin iyul ayından sonra ilk dəfə 55 dolları keçdi. Müsbət bəyanatlar səsləndikcə, qiymət artımı müşahidə olunacaq. Ayın 10-da baş tutacaq OPEC-in toplantısında qərar qəbul edilsə, qiymət daha da yüksək olacaq. İndiki halda qiymət artımı normaldır".
Ekspert qeyd edib ki, bundan sonra yanvar ayını gözləmək lazım gələcək: "Çünki yanvarda praktik tətbiqlər başlayacaq. Bu praktik tətbiqlərin nəticələri də qiymətdə özünü büruzə verəcək. Hazırda gedişat neftin bundan sonra kəskin düşməyəcəyini göstərir. Qiymət artımına ümidlər var".
MilliYol.Az
Digər xəbərlər
loading...