Ukraynanın Xarkov vilayətinin Kupyansk şəhərində martın 1-də şəhərin Rusiya qoşunları tərəfindən işğalına qarşı keçirilən mitinqdə şəhər şurasının deputatı Nikolay Masliy yoxa çıxıb.
MilliYol.Az xəbər verir ki, etirazçıların sözlərinə görə, Rusiya hərbçiləri əvvəlcə deputatı danışıq üçün kənara çağırıblar. Sonra atəş açmağa başlayıblar və tüstülü mərmi atıblar. Bundan sonra Masliyi heç kim görməyib.
Onun yerini tapmaq üçün edilən bütün cəhdlər uğursuz olub.
Digər xəbərlər
loading...