Azərbaycanın tanınmış bədii gimnastı, beynəlxalq dərəcəli idman ustası Zeynəb Cavadlı Birləşmiş Ərəb Əmirliklərinin vitse-prezidenti və baş naziri, Dubayın əmiri şeyx Məhəmməd bin Rəşid Əl-Maktumun qardaşı oğlu şeyx Səid Əl-Məktuma ərə getməsi ilə bağlı xəbərin yayılmasından sonra mediaya müraciət edib.
MilliYol.Az qafqazinfo-ya istinadən xəbər verir ki, o öz müraciətində aşağıdakıları qeyd edib:
"Əziz dostlar, hörmətli media nümayəndələri!
Biz sizinlə uzun zaman əməkdaşlıq etmişik.
Bu illər ərzində mən hər zaman sizə böyük hörmət bəsləmişəm və ümidvaram ki, siz də mənə qarşılıqlı cavab verəcəksiniz.
Sizdən xahiş edirəm ki, mənim icazəm olmadan ailəm barədə bir daha mediada heç bir məlumat paylaşmayasınız.
Mənim ailəm - mənim şəxsi həyatımdır.
Bu mövzuda mediaya heç bir açıqlama vermək istəməzdim. Xahiş edirəm, mənim istəyimi nəzərə alaraq mətbuatın etik qaydalarına riayət edəsiniz.
Təşəkkür edirəm!"
MilliYol.Az
Digər xəbərlər
loading...