Şimali Koreya lideri Kim Çen İnin arvadı naməlum səbəblərdən yoxa çıxdıqdan 9 ay sonra geri dönüb.
9 ay ərzində heç bir yerdə görüntülənməyən Ri Sol-Junun bu müddət ərzində körpə dünyaya gətirmiş olduğu ehtimalları artır.
İddialarda Ri Sol-Junun yoxa çıxdığı zaman ərzində Kim Çen İnlı ayrılmış ola biləcəkləri də deyilirdi. Ancaq Şimali Koreya lideri xanımı ilə Koreya Müdafiə və Hava Qüvvələrinin döyüş manevri nümayişində bərabər görüntülənib. Ri Sol-Junun görünmədiyi müddətdə hamilə olduğu iddiası gücləndi.
Koreya Mərkəz Xəbər Agentliyi Kim Çen İn ilə yarışı izləyən qadının arvadı olduğunu bildirsə də, Kim Çe İnın daha əvvəl öz ailə üzvlərindən kimliyi açıqlanmayan şəxsləri edam etdirdiyini yada salsaq, Hava Qüvvələrinin hərbi təlimi zamanı Kimin yanındakı qadının onun həyat yoldaşı deyil, bənzəri olduğu şübhələri artıb.
Qeyd edək ki, Ş.Koreya liderinin xanımı Ri Sol-Ju əslində keçmiş müğənni olub. Cütlük ilk dəfə 2012-ci ilin iyul ayında xalq qarşısına birlikdə çıxmışdı.(milli.az)
MilliYol.Az
Digər xəbərlər
loading...