“Azərbaycan vətəndaşları Moldova sərhəddindən keçməklə Ukraynanı tərk edə bilərlər”.
MilliYol.az xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov jurnalistlərə bildirib.
Məlumata görə, dünən və bu gün ərzində 100-dən çox Azərbaycan vətəndaşı Ukrayna-Moldova sərhəddi vasitəsilə Ukraynanı tərk edib.
Bütün vətəndaşlara səfirliklə əlaqə saxlamaq, həmçinin hərbi qüvvələrdən və obyektlərdən uzaq olmaq, evdə və ya təhlükəsiz yerdə qalmaq, səfərlərdən çəkinmək tövsiyə olunur.
Digər xəbərlər
loading...