“Göy məsciddə olduq. Bildiyimiz qədər İrəvanda salamat qalan yeganə Azərbaycan abidəsidir”.
MilliYol.az xəbər verir ki, Milli Məclisin komitə sədri, hazırda deputat həmkarı Soltan Məmmədovla birgə İrəvanda səfərdə olan Tahir Mirkişili bu sözləri sosial şəbəkədəki şəxsi səhifəsində yazıb.
Həmkarı ilə Azərbaycanın erməni əsirliyində qalmış nadir incilərindən biri olan Göy məscidin qarşısından və içərisindən fotolar çəkdirərək paylaşan T.Mirkişili ardınca bunları qeyd edib: “Divarlarında başqa dövlətə aid yazılar olsa da, amma divarları, arxitekturası, ruhu sırf bizə aiddir. Biz bu doğmalığı hiss etdik, inanıram ki, məscid də.
İnanırıq ki, bu məsciddə əsl sahibləri tezliklə öz dualarını edə biləcəklər. Azərbaycanlıların duaları isə daim xeyirxah olur və yekunda da qəbul olunur!”