Azərbaycanı “Evrovision-2017”də Diana Hacıyeva təmsil edəcək.
İTV-nin İctimayyətlə əlaqələr şöbəsindən Popstar.az-a verilən məlumata görə, “Eurovision-2017" Mahnı Müsabiqəsi ilə bağlı münsiflər heyətinin iclası keçirilib.
Dekabrın 5-də keçirilən iclasda Azərbaycanı müsabiqədə hansı müğənninin təmsil etməsi məsələsinə baxılıb və qərar qəbul edilib.
Bu missiyanın Diana Hacıyevaya həvalə edilməsi barədə qərar verilib.
Qeyd edək ki, D.Hacıyeva caz musiqiçisi, "Bəri bax" kollektivinin solisti. 1989-cu ildə Bakı şəhərində anadan olub. Hazırda Bakı Caz Mərkəzində çalışır.
2010-cu ildə Diana Hacıyeva 2011 Avroviziya Mahnı Müsabiqəsində Azərbaycanı təmsil etmək üçün milli seçimlərə qatılıb. Təsnifatı keçən Diana 77 iştirakçının yer aldığı yarımfinallarda altıncı yerdə yer alıb.
2011-ci ildə Diana Hacıyevanın "Find Yourself" adlı klipi çəkilib.
MilliYol.Az
Fotolar
Digər xəbərlər
loading...