“Sahil-S İnşaat” MTK-nın öz müştərilərinə qarşı dələduzluğu barədə mətbuatda dəfələrlə yazılar dərc olunub. Adıçəkilən məssisənin rəhbəri Taleh Allahverdiyevin Yeni Günəşli qəsəbəsinin A-B massivində inşa etdiyi binadan mənzillərin hər birini iki yox, dörd-beş adama satması haqda yüzlərlə vətəndaş şikayəti var. Bu günə qədər cəzasız qalan T. Allahverdiyev vətəndaşları müxtəlif bəhanələr və yalanlarla sakitləşdirməyə çalışıb.
“Sahil-S İnşaat” MTK və onun rəhbəri T. Allahverdiyevlə bağlı mətbuatda dərc olunan yazıların birində iş adamı Pənah Kərimovun da adı hallandırılıb. Məsələ ilə bağlı apardığımız araşdırmalar zamanı ilginc detallar ortaya çıxıb. Məlumat üçün bildirək ki, məlum yazıda güya yeyilən pulların böyük əksəriyyətinin Pənah Kərimov tərəfindən mənimsənildiyi iddia edilir.
Jurnalist tədqiqatı nəticəsində öyrəndik ki, əslində P. Kərinmovun nə bütövlükdə bina tikintisinə, nə də vətəndaşlarla bağlanan müqaviləyə heç bir aidiyyatı yoxdu. Vətəndaşların mətbuata ünvanladıqları şikayətdə onun adını hallandırması yalnız T. Allahverdiyevin yalanları hesabına baş vermişdir. Belə ki, ödədikləri pullar müqabilində mənzil əldə edə bilməyən vətəndaşlar “Sahil-S İnşaat” MTK və onun rəhbəri T. Allahverdiyevdən pullarını tələb etdikdə mənzil ödənişlərinin P. Kərimova çatdığı və indi pulları geri qaytarmadığı kimi yalan söylənilmişdir.
Vətəndaşların şikayəti əsasında mətbuata çıxan iddia da burdan qaynaqlanmışdır. Əslində isə gerçək durum tamamilə fərqlidir. Tikinti materialları satışı ilə məşğul olan iş adamı Pənah Kərimov qəsəbəsinin A-B massivində inşa edilən binalar üçün “Sahil-S İnşaat” MTK-ya külli miqdarda material satmışdır. Satmışdır deyəndə ki, materiallar MTK –ya çatdırılsa da, bunun qarşılığında P.Kərimova heç bir vəsit ödənilməmişdir. Başqa sözlə, Pənah Kərimov da digər vətəndaşlar kimi T. Allahverdiyevin dələduzluğunun qurbanına çevrilmişdir. Belə olan halda T. Allahverdiyevin vətəndaşlara Pənah Kərimovu müqəssir kimi göstərməsinin isə ancaq bir adı ola bilər: “oğru elə bağırdı ki…”
Mənbə: Cumhuriyyət.az