Ədliyyə Nazirliyi tərəfindən çoxpartiyalı sistemin inkişafına dövlət dəstəyinin təzahürü olaraq son illər 10-dək yeni siyasi partiyanın qeydiyyata alınıb.
MilliYol.Az xəbər verir ki, bu barədə Ədliyyə Nazirliyində keçirilən kollegiya iclasında bildirilib. Qeyd edilib ki, hazırda ölkədə qeyri-kommersiya hüquqi şəxslərin sayı 4.800-dən çox, uçota alınmış mətbu nəşrlərin sayı isə 5.400 təşkil edib.
İclasda ədalət mühakiməsinin səmərəliliyinin artırılmasında mühüm rol oynayan məhkəmə qərarlarının icrası ilə bağlı görülən işlər təhlil edilib. Qeyd olunub ki, bu sahədə işin keyfiyyətinin yüksəldilməsi üzrə təsirli tədbirlər davam etdirilərək 480 mindən çox işin icrası təmin edilib, fiziki və hüquqi şəxslərə 560 milyon manata yaxın vəsait ödətdirilib.