“Şəxsi inkişaf” təlimlər silsiləsindən olan növbəti təlim keçirilib.
Gənclərin İnkişaf və Karyera Mərkəzinin Salyan nümayəndəliyi, Sağlam Düşüncə Gənclər Təşkilatı və “Beeco” Təşəbbüs qrupunun birgə təşkilatçılığı ilə "Hərəkətə keçmək lazımdır - Ətraf mühit problemləri və onun həll yolları" mövzusunda təlim keçirilib.
Meşə Elmləri və Meşə Ekologiyası üzrə bakalavr, magistr dərəcəsi almış, Sağlam Düşüncə Gənclər Təşkilatında Avropa Həmrəylik Dəstəsinin könüllüsü Laura Kilian gənclərimizə qlobal ekoloji problemler - qlobal istiləşmə, meşə yanğınları, quraqlıq, daşqınlar, hava çirklənməsi, səbəbləri, iqlim dəyişikliyi, BMT-nin 17 dayanıqlı inkişaf məqsədləri, ekoloji problemlərin həll yolları, vegetarian həyat tərzi və bu problemlərin insan həyatına təsiri haqda danışıb.
İnteraktiv keçən təlimdə gənclər rayonda və dünyada olan ekoloji problemlər haqda fikir bildirib.