Daxili İşlər Nazirliyi (DİN) sosial şəbəkələrdə dilənçilərin küçədə narkotik vasitə satmağı ilə bağlı yayılan məlumatlara münasibət bildirib.
Nazirliyin mətbuat xidmətindən MilliYol.Az-a bildirilib ki, yayılan xəbərlərlə bağlı məlumatlıdırlar. Hazırda faktla bağlı araşdırma aparılır.
Qeyd edək ki, sosial şəbəkələrdə dilənçilərin küçədə narkotik vasitə satması ilə bağlı məlumatlar yayılıb.
Belə ki, Kamran adlı bir şəxs yazdığı mesajda küçədə dilənçiliklə məşğul olan uşaqlardan salfet aldığını və bir müddət sonra polis əməkdaşlarının onu saxladığını yazıb. Araşdırma zamanı həmin salfetin içində narkotik vasitə olduğu məlum olub.
Digər xəbərlər
loading...