Son aylar Mədəniyyət Nazirliyində həyata keçirilən islahatlara baxmayaraq, hələdə qurumda çoxsaylı problemlər qalmaqda davam edir. Sabiq nazir Əbülfəz Qarayevin dövründə həyata keçirilən maliyyə maxinasiyaları yenədə davam edir desək heçdə yanılmarıq.
Xalqxeber.az-a daxil olan məlumatda bildirilir ki, Cəlilabad şəhər Uşaq İncəsənət Məktəbində sabiq nazir Əbülfəz Qarayevin dövründəki ab-hava hökm sürür. Belə ki, musiqi məktəbinin direktoru Azər Əhədzadə Əbülfəz Qarayevin dövründə olduğu kimi yenə maliyyə maxinasiyaları həyata keçirir. Məlumatda qeyd edilir ki, vaxtı ilə Masallı şəhər Onbirillik İncəsənət Məktəbinin direktoru vəzifəsində işləyən Azər Əhədzadə orda etdiyi maliyyə maxinasiyalarını indidə, gizli şəkildə Cəlilabad şəhər Uşaq İncəsənət Məktəbində həyata keçirir.
Belə ki, Azər Əhədzadə Cəlilabad şəhər Uşaq İncəsənət Məktəbində dərs deyən 20-dən çox müəllimin dərs saatlarını 4-7 saat arası şişirdərək hər ay dövlət büdcəsindən 3 min manatdan çox vəsait oğurlayır. Bildiririk ki, 1 saat dərs saat 35 manat hesablanır.
Məlumatda Azər Əhədzadənin Mədəniyyət Nazirliyindəki tanışları vasitəsi ilə köhnə iş yeri olan Masallı şəhər Onbirillik İncəsənət Məktəbinə direktor vəzifəsinə qayıtmaq istədiyi bildirilir. Ancaq Azər Əhədzadənin həyat yoldaşı və oğlunun Masallı şəhər Onbirillik İncəsənət Məktəbində işləməsi onun planını pozur. Buna görədə məktəb direktoru planını həyata keçirtmək üçün ağlagəlməz yollara əl atmağa başlayıb.