Kütahyada 28 yaşlı Vildan Kandemir, keçən il bıçaqla yaralayıb, daha sonra gözyaşı tökdüyü həyat yoldaşı 29 yaşlı Mustafa Kandemir tərəfindən ov tüfəngiylə öldürülüb.
ATV.az-ın Türkiyə mətbuatına istinadən xəbərinə görə, hadisə gecə saat 04:00 radələrində Yunus Əmrə Məhəlləsi, Səlimiyə prospektində qeydə alınıb. Yaşadıqları binanın ikinci mərtəbəsində spirtli içki qəbul edən ər-arvad arasında mübahisə yaranıb. Aralarında yaranan dava nəticəsində Mustafa Kandemir ov tüfəngiylə həyat yoldaşı Vildan Kandemirə 5 dəfə atəş açıb. Silah səslərini eşidən bina sakinləri polisə və təcili yardıma xəbər veriblər. Təcili yardımla gələn həkimlər qadının öldüyünü müəyyən ediblər. Polis, hadisəni törətdikdən sonra qaçan Mustafa Kandemiri tutmağa çalışır.
Qeyd edək ki, Kütahyada 2015-ci ildə avqustun 5-də yenə spirtli içkinin təsiri ilə ər-arvad mübahisə etmişdi. Mübahisə nəticəsində qadın ərini sinəsindən bıçaqlamışdı. Daha sonra göz yaşı tökən qadın polislərə həyat yoldaşı tərəfindən davamlı olaraq şiddətə məruz qaldığını və bu səbəbdən onu bıçaqladığını demişdi. Vildan Kandemir bir müddət həbsxanada saxlanıldıqdan sonra azad edilmişdi. Həyat yoldaşı Mustafa Kandemir xəstəxanadan çıxdıqdan sonra cütlük barışmışdı.
Mustafa Kandemirin müxtəlif cinayətlərdə də adının yer aldığı açıqlanlıb.
MilliYol.Az
Fotolar
Digər xəbərlər
loading...