Bir neçə gün əvvəl Göyçay Əhalinin Sosial Müdafisi Mərkəzində vətəndaşdan rüşvət istənilməsini əks etdirən görüntüləri təqdim etmişdik.
Aqşin Qafurovun müdir olduğu idarədə rüşvətin məhz onun göstərişi ilə istənilməsi, bankomatların birindən ünvanlı yardım üçün ayrılmış kartlar vasitəsilə bir şəxsin küllü miqdarda pul çıxartması öz əksini tapırdı.
Hadisənin üstündən təxminən 10 gün vaxt keçib. Amma bu günə qədər biarbırçılığı, həm də cinayəti əks etdirən görüntülərə heç bir rəsmi reaksiya verilməyib. Nə əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov ortada konkret fakt olsa da, işçisini cəzalandırmağı ağlının ucundan belə keçirib, nə də hüquq-mühafizə orqanları cinayəti sübut edən faktlarla bağlı araşdırmalara başlayıb. Belə çıxır ki, Aqşin Qafurovun himayəçisi o qədər böyükdür ki, Səlim Müslümov işçisi ilə bağlı qərar verə bilmir...
Milliyol.az
Digər xəbərlər
loading...