Əməkdar jurnalist, publisist, Prezident təqaüdçüsü, “Şöhrət” ordenli Qalina Mikeladze vəfat edib.
MilliYol.Az xəbər verir ki, bu barədə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi xəbər yayıb. Qeyd olunub ki, ölkənin ictimai-siyasi, iqtisadi və mədəni həyatını əhatə edən prosesləri daim diqqətdə saxlayan və obyektiv işıqlandıran istedadlı jurnalist Qalina Mikeladzenin qələmindən çıxan yazılar özünəməxsusluğu ilə seçilib, oxucuların rəğbətini qazanıb.
"O, mədəniyyət xadimləri, məşhur siyasətçi, maarifçi və xeyriyyəçilər, tariximizdə iz qoymuş görkəmli qadınlar haqqında neçə-neçə məqalə, araşdırma və essenin, 20-dən artıq kitabın müəllifi olub. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi görkəmli jurnalistin vəfatından kədərləndiyini bildirir, ailəsinə dərin hüznlə başsağlığı verir"-, deyə bildiirlib.
Qeyd edək ki, Q.Mikeladze 2016-cı ildə Prezident İlham Əliyevin sərəncamı ilə Q.Mikeladze “Şöhrət” ordeni ilə təltif edilib.