Hər kəs həyata bir dəfə gəlir və hər kəs də Tanrı tərəfindən ona bəxş olunan ömrü müxtəlif cür yaşayır. Rəzil, qorxaq, şəxsi həyatına qapanaraq yaşayan insanlar cəmiyyətdə heç nə ilə fərqlənmirlər. Yalnız mərd, xalqını və Vətənini böyük məhəbbətlə sevən qartal timsallı insanlar yüksələ bilərlər ən uca zirvəyə. Belə ömür şərəflidir, əbədidir.
Belə mərd insanlardan biri də ölümü ilə çoxlu sayda insanların həyatını xilas edən Sarıyev Marif Əlmusa oğludur. Marif zahirən arıq, balacaboy olsa da, əməli ilə ən yüksək zirvəyə çatdı. Marif Əlimusa oğlu Sarıyev 1980-cı il avqustun 19-u tarixində Qubalıbaloğlan kəndində anadan olub. Kənd orta məktəbində təhsil alıb. Subay idi.
Marif 2000-ci ildə xidməti borcunu yerinə yetirmək üçün Fizuli rayonuna göndərildi. 2002-ci ildə fevral ayının 2-də xidməti vəzifəsini yerinə yetirərkən həlak oldu. Tağım komandirinin müavini olan çavuş Sarıyev özünü qumbaranın üstünə atmaqla yanında olan onlarla əsgərin həyatını xilas etdi.
Marif ölümün üzünə dik baxdı. Ölümü ilə yenidən doğuldu və əbədi dünyaya şəhid kimi getdi.
Marifin ölümü tək onun ailəsinin deyil, hamını çox sartsıtdı. Bircə təsəllimiz budur ki, Marif və Marif kimi igid oğullarımız həmişə qəlbimizdə yaşayacaq.
Allah rəhmət eləsin!