Hazırda həbsdə olan MTN polkovniki Səlim Məmmədovun anası vəfat edib.
“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, S.Məmmədovun anası Məryəm Məmmədova dünan axşam saatlarında dünyasını dəyişib.
S.Məmmədovun vəkili Cavid Rzazadə “Qafqazinfo”ya bildirib ki, müdafiə etdiyi şəxs Ədliyyə Nazirliyi Penitensiar Xidmət rəhbərliyinə və 1 saylı Bakı İstintaq Təcridxanasının rəhbərinə rəsmi məktubla müraciət edib. S.Məmmədov tək övlad olduğunu bildirərək rəhbərlikdən anasının 3 mərasimində 1 günlün iştirak etməsinə icazə verilməsini istəyib.
Vəkil qeyd edib ki, bu gün qeyri-iş günü olduğundan şifahi qaydada prokurorluğa və məhkəmə sədri Həbib Həsənova bununla bağlı müraciət edib. Məsələ ilə bağlı gün ərzində qərar veriləcəyi bildirilib.
MilliYol.Az
Digər xəbərlər
loading...