ABŞ prezidenti Barak Obamanın erməni lobbisi ilə şok əlaqələri ortaya çıxıb.
Publika.az xəbər verir ki, erməni lobbisinin təsiri nəticəsindəı Obamanın atdığı addımlarla bağlı “Forbes” jurnalı məqalə dərc edib
Jurnal yazır ki, Obama “anti-lobbi siyasətçi” olaraq Ağ Evə gəldi: “Həqiqətdə isə onun administrasiyasına lobbilərin təsiri sələfi Buşdan az deyildi. Ən nüfuzlu qruplardan biri “etnolobbi” kampaniyasıdır. Onlar xarici siyasətdə verilən qərarlara ciddi təsir etmək gücünə malikdirlər. Obamanın özü İlinoysda senator olarkən, Polşa, Səudiyyə Ərəbistanı və erməni lobbisinin maraqlarını irəli çəkirdi. Prezident olarkən isə yəhudi və erməni lobbisinin təsir imkanları bir qədər zəiflədi. Məsələn, erməni lobbisi “soyqırımı” ilə bağlı məsələni Obamaya qəbul etdirə bilmədi. Lakin bu, onların tamamilə uğursuz olduğu anlamına gəlmir”.
“Forbes” erməni lobbisinin təsiri ilə Obamanın atdığı iki addımı təqdim edib:
1. Erməni lobbisinin üzvlərindən olan senatorlar Robert Menendez və Barbara Bokser Bakıda səfir olan Metyu Brayzanın geri çağırılmasına nail oldular.
Qeyd edək ki, Metyu Brayza 2011-ci ilin 10 yanvar tarixindən 2012-ci ilin 5 yanvar tarixinə qədər ABŞ-ın Azərbaycandakı səfiri olub. Barak Obama onu səfir təyin etsə də, Konqres diplomatik missiyasını davam etməsinə icazə vermədi. Hələ həmin vaxt Azərbaycan mediası bu addımın arxasında erməni lobbisinin olduğunu yazmışdı. Çünki Bakıya səfir təyin olunmamışdan öncə ATƏT-in Minsk qrupunda həmsədr olaraq çalışmış M.Brayza Dağlıq Qarabağ münaqişəsinin həllinə beynəlxalq hüquq prinsipindən yanaşır və Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyirdi.
2. Erməni lobbisi Konqresin Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ ərazisində qurulan qondarma “rejimə” maliyyə yardımını artırmasına nail oldu.
Göründüyü kimi, Obama Azərbaycan torpaqlarının işğalda qalmasına faktiki olaraq dəstək verib.
MilliYol.Az
Digər xəbərlər
loading...