Dünya bazarında "Azeri Light" (CIF) markalı neftin qiyməti artıb.
MilliYol.Az-ın məlumatına görə, Azərbaycan neftinin 1 barelə olan qiyməti 1,49 ABŞ dolları və ya 1,6% artaraq 94,66 dollar təşkil edib.
Dünən “Brent” markalı neftin bir bareli 90,03 ABŞ dolları olub.
Xatırladaq ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.
Digər xəbərlər
loading...