Regionlarda yaşayan aztəminatlı ailələr ünvanlı dövlət sosial yardımı ala bilmirlər. Bu haqda bizimyol.info-ya ölkənin müxtəlif rayonlarının sakinləri məlumat veriblər.
Plastik ödəniş kartları ilə bankomatlara yaxınlaşan sosial müavinat alan vətəndaşlar hesaba pulun köçülmədiyinin şahidi olurlar.
Saytın sosial müavinat alan vətəndaşların müraciət əsasında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə və Maliyyə Nazirliyinə göndərdiyi informasiya sorğularına cavab verilməyib. Məlumata görə problem Maliyyə Nazirliyi tərəfindən yaradılıb. Belə ki, ünvanlı sosial yardımlar bilavasitə büdcədən ayrıldığına görə onun köçürülməsini adıçəkilən nazirlik təmin etməlidir.
Qeyd edək ki, aztəminatlı ailələrin ünvanlı dövlət sosial yardımı ilə təmin olunması 2006-cı il yanvarın 1-dən qüvvəyə minmiş və iyulun 1-dən fəaliyyətə başlamış "Ünvanlı dövlət sosial yardımı haqqında" qanununa əsasən həyata keçirilir.
MilliYol.Az
Digər xəbərlər
loading...