Məktəbdə müəllim şagirdlərinə əqrəb yedizdirib.
BAKU.WS Türkiyə mətbuatına istinadən xəbər verir ki, hadisə Kahramanmaraşda baş verib. Müəllimin ocaqda bişirdiyi əqrəbi 1-ci və 3-cü sinif şagirdlərinə yedizdirdiyi haqqında yayılan xəbərlər insanları qəzəbləndirib.
Dərsdən gec gələn övladının "müəllim əqrəb bişirib, bizə yedizdirdi” - deməsi valideynləri dəhşətə gətirib. Bu hadisədən sonra bəzi valideynlər uşaqlarını məktəbə getməyə qoymayıblar.
Bəzi şagirdlər onu yediyini, bəziləri isə zibilə atdığını bildiriblər. Eyni yaşda olan digər şagird isə hadisəni belə şərh edib:
"Biz yazı yazırdıq, digər yoldaşımız çölə çıxmaq üçün paltosunu geyinmək istədikdə, paltonun altında əqrəbi görüb müəllimə göstərdi. Müəllim isə "mən onu yeyəcəm” deyib əqrəbin ayaqlarını və quyruğunu kəsərək sobada bişirib yedi. Bəzi yoldaşlarımız da yedi”.
Türkiyənin təhsil naziri Mehmet Emin Akkurt da iddialarla əlaqədar bir valideynin şikayət ərizəsi verdiyini və araşdırmalara başladıldığını qeyd edib.
MilliYol.Az
Fotolar
Digər xəbərlər
loading...