Bu gün 10 il azadlıqdan məhrum edilən keçmiş səfir və sabiq baş prokuror Eldar Həsənovun əmlakları da müsadirə olunacaq.
MilliYol.Az xəbər verir ki, Eldar Həsənov barəsində cinayət işi başlananada və o işə təqsrilədirilən şəxs kimi cəlb ediləndə əmlaklarının da üzərinə həbs qoylmuşdu. Bu baxımdan, keçmiş səfirin əmlaklarının müsadirə olunacağı bəlli idi.
Sabiq baş prokurorun aşağıdakı əmlakları müsadirə olunacaq:
Sabunçu rayonu, Nardaran qəsəbəsində bağ evi və torpaq sahəsi;
Nəsimi rayonunda yerləşən mənzil;
Nərimanov rayonunda yerləşən mağaza;
Abşeron rayonu Novxanı qəsəbəsində yerləşən torpaq sahəsi;
Xətai rayonunda yerləşən fərdi yaşayış evi;
Monteneqroda yerləşən mənzil.
Eldar Həsənov Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən keçirilən xüsusi əməliyyatla həbs edilib. Ona qarşı Cinayət Məcəlləsinin 179.3.2 (mənimsəmə və ya israfetmə, külli miqdarda törədildikdə), 193-1.3.2 (cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini və ya digər əmlakı leqallaşdırma, külli miqdarda törədildikdə) 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, ağır nəticələrə səbəb olduqda) 308-1.1 (Dövlət büdcəsinin vəsaitindən təyinatı üzrə istifadə etməmə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham irəli sürülüb.