Bu gün Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin sabiq Aparat rəhbəri Vidadi Zeynalov və digərlərinin cinayət işi üzrə məhkəmə davam edib.
Lent.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən "Optik Rabitə, Tikinti və Quraşdırma” MMC-nin direktoru Namazalı Məmmədovun ifadə verib.
O, ifadəsində bildirib ki, 1984-cü ildən rabitə sahəsində çalışır: "Ən kiçik vəzifədən başlamışam. 1997-ci ildən sahibkarlıq fəaliyyət başlamışam. İşlərlə bağlı bağlı hər il forma 2 təqdim etmişik, müəyyən qurumlar tərəfindən yoxlamalar aparılıb heç bir nöqsan tapılmayıb".
Təqsirləndirilən şəxs ona qarşı verilən ittihamların əsassız olduğunu bildirib: "Bizə verilən ittihamlardakı rəqəmlər hamısı şişirtmədir. Mənə 4 milyon mənimsəmə vermisiz. "Aztelekom"dan 16 milyon alacağım var. Lap vergini, digər işləri çıxanda 6 milyon yarım qalır. Yenə də 2 milyon yarım borcları qalıb. Axı niyə həbsdəyəm, hələ də bu suala cava tapa bilmirəm. Mən alacaqlarımı hələ də ala bilmirəm".
Hakim bildirib ki, istintaq sizə 12 milyon mənimsəmə kimi ittiham verib: "Siz deyirsiz ki 4 milyonu özünüzə götürmüsünüz. Ürəyi açıq olub, o pulu ona buna paylamısınız?"
Namazalı Məmmədov prokurorun suallarına cavab verərək bildirib ki, digər təqsirləndirilərin hamısını tanıyır: "Hamısı rabitə sahəsində çalışan insanlardı, müəyyən iş görüşmələrimiz olub. Vidadi Zeynalovla da Şamaxıda bağ qonşusu olmuşuq".
Prokurorun "AzTelekom" MMC-in sizə 16 milyon borcu ola-ola niyə hələ onlara is görürdünüz" sualına cavab verən təqsirləndirilən şəxs deyib ki, sovet dövründən bu cür çalışıblar: "Həmişə belə olub, pulu sonra alırdıq. İşləri görürdük. Bu gün mənim kabellərlə bağlı 1 milyona yaxım borcum var. İşlər görüldükcə pullar verildi, biz onları ödəyirdik"
Dövlət ittihamçısının "Vidadi Zeynalova pul vermisiniz" sualına cavab verən Namazalı Məmmədov qeyd edib ki, belə bir hadisə olmayıb.
Namazalı Məmmədov ifadəsində bildirib ki, "Aztelekom" MMC-dən başqa DİN, Azercell, Ədliyyə və digər qurumlarla çalışıblar: "Onlara da eyni qiymətlərlə çalışmıq. "Aztelekom"dan 19 milyon pul almışıq, ümumulikdə 44 milyonluq iş görmüşük Bu məbləğlər ƏDV-siz hesablan məbləğlərdir".
Prosesdə "AzİnTelekom” MMC-nin baş direktoru Cəlil Cəfərov ifadə verib. O, ifadəsinin əvvəlində bildirib ki, ona verilən ittihamlar qanunsuzdur: "Mən istintaqa verdiyim ifadəmi təsdiqləyirəm. Nazirliyikdən hər ay paket aldığımı demişəm. 2005-ci ildən bəri "Rabitə" klubun prezidenti olmuşam. Həm kişi komandası həm də qadın komandası yaratmışıq. Və dəfərlərlə beynəlxalq turnirlərdə yer tutmuşuq. Dünya çempionatın da final oynamışıq. Dövlət tərəfindən bu nailliyyətlərimizə görə vəsait ayrıldı. Mən nazir Əli Abbasova məruzə elədim ki, voleybolun inkişafı ilə əlaqədar yeni klub yaradaq. Bundan sonra "Telekom" klubunu yaratdıq. 9 nəfər azyaşlı xarici voleybolçunu Azərbaycana gətirib milliləşdirmişik. Onlar hal-hazırdada Azərbaycanın şərəfini qoruyurlar".
Cəlil Cəfərov eləcə də "AzinTelekom" MMC- baş direktoru olduğunu deyib: " Ribatə sahəsində uzun müddət çalışmışam. Sosial şəbəkələr vasitəsi ilə danışıq trafikləri ilə bağlı hər ay nazir Əli Abbasova məruzə eləyirdim. Bütün dünyada sosial şəbəkə ilə danışıq trafiki aşağı düşürdü. Hətta ABŞ-da 10 faiz düşəndə Azərbaycanda 5 faiz düşmüşdü. Nazirdə bu məsələdən xəbardar olub.. Bizi Rusiya monipoliyada saxlayırdı. Sonradan biz Avropa trafikinə qoşula bildik. Naxçıvanla bir vaxtlar əlaqə yaratmaq çətin idi. Biz İranla danışıqlar apardıq, rouming sistemi quruldu. Azərbaycan peykinin buraxılması barədə müqavilə mən tərəfindən imzalanıb. Sonradan Azərkosmos yaradıldı, təhvil verdik. Mən heç bir mütəşəkkil dəstə tərkibində olmamışıq. Beynəlxalq danışıqlarıa bağlı bizdə cinayətlər baş alıb gedirdi. MTN və digər təhlükəsizlik orqanları ilə tədbirlərimiz, reydlərimiz olub. Bakıdakı reydlərimidə bəzi brend mağazalarında adamları aldatmışdılar ki, filan aparat wifi aparatını gücləndirir.
Onlar həmin aparatlara bir nömrə yerləşdirilrdi və onlar xaricdən idarə edilirdi. Birdən görürdün ki, trafik sıfıra düşürdü. Bizi təqdir etməkdən, qayıdlıb deyirkər ki, hər şeyi mənimsəyirsiz".
Təqsirləndirilən şəxs bildirib ki, heç bir mənimsəmə eləməyib: "Nazirlikdə hamı paket alırdı. Nazirin müavinlərindən tutmuş ,aparat rəhbəri qədər. Mən də almışam. İki voleybol klubun rəhbəriydim, həm də bu digər işim. Əgər mən verilən pullarda mənimsəmə eləsəydim çox şeyim olardı. Baxa bilərsiniz bir dənə də olsun, obyektim yoxdu. Verilən pulların hamısı işlərə yönəldilib. Trafiklərində təhlükəsizlyi MTN aparırdı və təmin edirdi".
Verilın pullarla bağlı danışan Cəlil Cəfərov bidlirib ki, rəhbərliyin tapşırığı əsasında olan şirkətlərlə çalışıb: "Heç bir mütəşşil dəstənin üzvü olmamışam. Mənə deyirlər pula alıbsan. Vidadi Zeynalov burdadı,desin o mənə bir qəpikdə pul verməyib. Mən nazirin tapşırıqlarını yerinə yetirnişəm. Paket aldığım pullar komandaların xərclərinə yönəldilib. Nazir deyəndə ki, get pulu aparat rəhbərindən al, gedib almışam, deyəmdə ki gələn pullardan götür, götürmüşəm. Həmin gələn pullar klubun xəeclənində xəclənib".
C.Cəfərov sualları cavablandırarkən bildirib ki, "Cartburg" şirkəti ilə müqavilə bağlanması göstərişini Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin və ləğv edilmiş MTN-nin rəhbərliyindən alıb: "Bu şirkətlə əməkdaşlıq dövlətin təhlükəsizliyi məqsədi ilə edilib. Bununla bağlı Eldar Mahmudovla da danışıqlar olub və göstəriş verilib ki, "Cartburg" şirkəti ilə işləyək. Bununla da xaricdən edilən gizli zənglərin, danışıq trafikindəki qanunsuz şəbəkələri aşkarlamaq məqsədi var idi".
Proses fasilədən sonra davam edəcək.
MilliYol.Az
Digər xəbərlər
loading...