Gənclərin İnkişaf və Karyera Mərkəzinin Salyan nümayəndəliyinin təşkilatçılığı ilə Salyan gəncləri Şirvan Milli Parkına ekskursiya edib.
İlk öncə gənclərə Milli Parkın ərazisi, relyefi, torpaq örtüyü, flora və faunası haqda məlumat verilib.
Milli Parkın ərazisində 82 növ çiçəkli bitki növləri vardır. Ərazidə yaşayan ceyran, safsar və çöl pişiyi respublikamızın "Qırmızı Kitab"ına daxil edilmişdir.
Parkda həmçinin 17 növ sürünən heyvanlar vardır. Bunlardan 3 növü tısbağa, 6 növü kərtənkələ və 8 növü ilanlardır.
Sonra gənclər birlikdə ərazidə yaşayan ceyranları izləyiblər.
Daha sonra Milli Parkın ərazisində olan göldə yaşayan yaşılbaş ördək, boz ördək, enliburun ördək, flaminqo, fısıldayan qu və qaşqaldaq quşları binokllar vasitəsilə vizual olaraq izlənilib.
Sonda gənclər ekskursiya haqda təsuratlarını paylaşıb və birlikdə müzakirə ediblər.
Ekskursiyanın məqsədi gənclər arasında ekoloji maarifləndirmək aparmaq və rayon ərazisində yerləşən Milli Parkda yaşayan heyvan müxtəlifliyini tanıtmaqdır.