Qış ayları olmasına baxmayaraq Astara və Lerik meşələri məhv edilməkdə davam edir. Sakinlər nadir agac növləri ilə zəngin meşələrin qırılmasında yerli ekologiya işçilərini günahkar bilirlər.
AzToday.az-a daxil olan məlumatlarda bildirilir ki, Lənkəran Regional Meşə Təsərrüfatı Mərkəzi rəhbər şəxslərinin merkantil maraqlar güdməsi səbəbindən agaclar məhv edilir.
Astaranın Əsxənəkəran meşəbəyliyinin 2 və 3 saylı meşə dolayları və Lerikin Razvondaband meşəbəyliyinin 16 saylı meşə dolayında agaclar kütləvi şəkildə qırılır.
MilliYol.Az AzToday.az-a istinadən həmin meşə dolaylarında “yaşıl soyqırım”ın görüntülərinin bir hissəsini təqdim edir:
Fotolar
Digər xəbərlər
loading...