“Ermənistanla normallaşma Türkiyədə yaşayan ermənilərin də Ermənistanla daha rahat əlaqə qurmalarını təmin edəcək. Ancaq xüsusilə dünyanın iki ölkəsində, yəni Fransa və ABŞ-dakı erməni diasporu bu mərhələdə məsuliyyətli davranmalıdır”.
MilliYol.Az xəbər verir ki, bunu Türkiyə Prezident Administrasiyasının sözçüsü İbrahim Kalın deyib.
“Bundan sonra 1915-ci il hadisələrinin “soyqırımı” olduğunu iddia edib, bunu şərt kimi gündəmə gətirməyin heç kimə faydası yoxdur. Artıq Cənubi Qafqazda yeni səhifə açılıb, yeni dövr başlayıb. Diaspor da bu reallıqları görməlidir. Bu baş verərsə, Cənubi Qafqazda yeni sülh və sabitlik dövrü başlayar”, - o bildirib.
Digər xəbərlər
loading...