Naxçıvanda Ali Məclisin sessiyası çağırılıb.
MilliYol.az-ın məlumatına görə, Altıncı çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin altıncı sessiyasının çağırılması haqqında Qərarı Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov dekabrın 27-də imzalayıb.
Qərarda deyilir ki, altıncı çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin altıncı sessiyası 2021-ci il dekabr ayının 29-da saat 11:00-da Naxçıvan şəhərində çağırılsın.
Sessiyanın müzakirəsinə aşağıdakı məsələlər daxil edilib:
1. 2021-ci ildə Naxçıvan Muxtar Respublikasının sosial - iqtisadi inkişafının yekunları
2. Naxçıvan Muxtar Respublikasının 2022-ci il dövlət büdcəsinin təsdiq edilməsi
3. Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunun 2022-ci il büdcəsinin təsdiq edilməsi
4. İşsizlikdən sığorta fondunun 2022-ci il büdcəsinin təsdiq edilməsi
5. “Naxçıvan Muxtar Respublikası Ali Məclisi deputatının statusu haqqında” Naxçıvan Muxtar Respublikasının Qanununda dəyişiklik edilməsi
6. “Normativ hüquqi aktlar haqqında” Naxçıvan Muxtar Respublikasının Qanununda dəyişiklik edilməsi
7. “Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında” Naxçıvan Muxtar Respublikasının Qanununda dəyişiklik edilməsi
8. Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) hesabatı
Sessiyanın iclasına aidiyyəti təşkilatların rəhbərləri və dövlət mətbuat orqanlarının nümayəndələri dəvət olunublar.