Rusiyadan Azərbaycana gələn iki həmyerlimiz təyyarədə vəfat edib.
MilliYol.az qafqazinfo-ya istinadən xəbər verir ki, hadisələr eyni gündə baş versə də, fərqli reyslərdə qeydə alınıb.
Belə ki, dekabrın 23-ü axşam saat 10 radələrində Kazandan Bakıya gələn Rusiya vətəndaşı, 1963-cü il təvəllüdlü Faxrət Şıxıyev təyyarədə qəfildən ölüb.
İkinci hadisə isə həmin gün günorta saatlarında Moskva-Bakı reysində baş verib. Rusiya vətəndaşı, 1958-ci il təvəllüdlü Maqomed Kazımov da təyyarədə vəfat edib.
Hər iki şəxsin onkoloji xəstəlikdən əziyyət çəkdiyi bildirilir. Faktla bağlı Xəzər rayon prokurorluğunda araşdırma aparılır.
Digər xəbərlər
loading...