Layihə çərçivəsində “MOCI”, “Resource hub”, Gənclərin İnkişaf və Karyera Mərkəzinin Salyan nümayəndəliyinin təşkilatçılığı ilə "Komanda işinin təşkili” və “Davamlı insan inkişafı” mövzularında təlim keçirilib.
Təlimdə gənclər Gənc Avropa Səfiri, "EU4Youth" Məzun şəbəkəsinin üzvü Cavanşir Sadıxov ilə komanda işi nədir, komandada işləməyin faydaları və yaxşı komanda işinin xüsusiyyətləri mövzularını müzakirə ediblər. Həmçinin “MOCI-Qafqaz” platformasının yeni təlimçisi Lalə Qurbanova ilə insan inkişafının mərhələləri, davamlı insan inkişafının mahiyyəti, bilik və bacarıqların cəmiyyətin həyatında rolu barədə mövzuları müzakirə ediblər.
Gənclərə verilən fərdi işlər üzərindən maraqlı müzakirələr həyata keçirilib, müxtəlif əyləncəli tapşırıqlar edilib və oyunlar oynanılıb.