Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İspaniyanın “El Pais” qəzetinə müsahibə vermişdir. Ali Baş komandan həmin müsahibəsində bir çox məsələlər toxunmuş və onları cavablandırmışdır. Bunlardan biri azərbaycan ərazisində müvəqqəti yerləşmiş Rusiyanın sülhməramlı qüvvələrinin fəaliyyəti ilə əlaqədardır. Rusiya sülhməramlı qüvvələrinin Qarabağda məsuliyyət daşıdığı ərazidə vəziyyət Ermənistan-Azərbaycan sərhədində olan vəziyyətlə müqayisədə daha çox sabitdir. Lakin hələ də Ermənistan qisas almaq cəhdlərindən vaz keçmir. İkinci Qarabağ müharibəsində məğlubiyyət onlar üçün çox ağrılı oldu. Məğlubiyyət onların otuz ildir davam edən “yenilməz ordu”, “əsgər və komandirlərin cəsarəti” haqqında müharibə təbliğatını və ideoloji zəminini darmadağın etdi. 44 gün davam edən müharibə zamanı Ermənistan ordusu tamamilə məhv edildi və onlar ötən il noyabrın 10-da kapitulyasiya aktına imza atmaq məcburiyyətində qaldı.
Bəzən Ermənistan rəsmiləri Azərbaycanın onların ərazisinə iddia etmələri barədə sərsəm fikirlər söyləyirlər. Bunlar əsası olmayan boş söhbətlərdir. Çünki Azərbaycan ilə Ermənistan arasında dövlət sərhədi təyin olunmamışdır. Bunun da əsas səbəbi 1990-cı illərin əvvəlində hər iki ölkənin müstəqilliyinin bərpasından dərhal sonra Azərbaycanın həmin hissəsinin Ermənistan tərəfindən işğala məruz qalmasıdır. Ötən ilin noyabrında İkinci Qarabağ müharibəsi bitəndə ərazidə iqlim şəraiti əlverişsiz idi. Qar əriməyə cari ilin may ayında başladı və dərhal Azərbaycan Ordusu dövlət sərhədinə tərəf hərəkət etməyə başladı. Sərhədin haradan keçməsi ilə bağlı olan mövcud məlumatlarımıza əsasən, ordumuz dövlət sərhədində mövqe tutmağa başladı.
Biz dəfələrlə bəyan etmişik ki, sülhün tərəfdarəyıq, lakin istənilən təhdidə də cavab verməyə hazırıq. Ona görə də Azərbaycan rəsmi İrəvanın manevrlərini, yenidən qruplaşmalarını və təhlükəli ola biləcək hərbi potensial yaratmaq üçün cəhdlərini izləyir. Ermənistanla sülh sazişi üzərində işləməyə hazırıq. Ancaq rəsmi İrəvan hələ də öz susqunluğunu qoruyur. Amma onlar başa düşməlidirlər ki, Azərbaycanın ərazi bütövlüyüny tanımaq məcburiyyətindədirlər. Çünki bütün dünya Azərbaycanın ərazi bütövlüyünü və Qarabağı Azərbaycanın ayrılmaz hissəsi kimi tanıyır. Ümid edirik ki, Avropa tərəfdaşları Ermənistanı bu mövqeyindən daşındıra biləcəklər.
Məlumdur ki, Azərbaycan, Ermənistan və Rusiya Baş nazirlərinin müavinlərinin rəhbərlik etdiyi üçtərəfli işçi qrup çərçivəsində görüşlər həl də davam edir. Bu işçi qrupun əsas məqsədi və vəzifəsi kommunikasiyaların tezliklə açılmasıdır. İndi Azərbaycan və Ermənistan arasında dəmir yolu əlaqəsinin açılması ilə bağlı tam razılıq var. Avtomobil yolunun açılmasının qaçılmaz olduğuna dair aydın təsəvvürlər formalşır. Azərbaycandan keçib Ermənistana gedən və sonra Azərbaycan Respublikasının Naxçıvan Muxtar Respublikasına gedən Zəngəzur dəhlizinin hüquqi rejimi müzakirə olunur. Hava məkanı artıq aktivləşib. İndi Azərbaycan Hava Yollarının Bakıdan Naxçıvana uçan təyyarələri Ermənistan hava məkanından keçir. Siyasi yaxınlaşmalar davam edir.
Brüsseldə Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişellə keçirilən görüşlərin Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması üçün bir zəmin olacağına inanırıq. Çünki Prezident Ş,Mişelin bu yay regiona etdiyi səfər çox məhsuldar olmuşdur. Hər iki ölkənin müdafiə nazirləri arasında birbaşa əlaqənin yaradılması ilə bağlı olan təşəbbüs də işləyir. Avropa Komissiyası Cənubi Qafqazda sabit siyasi mühit və gələcəkdə üç Cənub Qafqaz ölkəsi arasında qarşılıqlı əlaqələrin üçtərəfli formatı üçün şərait yaratmağa istəkli və hazırlıqlı olduğunu açıq-aydın formada dəstəkləyir və bu sahədə atılacaq müsbət addımlayı gözləyir.
Avropa İttifaqı Şurasının Prezidenti Ş.Mişellə olan danışıqlarda Dağlıq Qarabağın qondarma statusu ilə bağlı və ya buna bənzər hər hansı müzakirələrə qayıdış olmadı. Çünki artıq Dağlıq Qarabağ münaqişəsi həll olunub. Beynəlxalq oyunçular bu yeni reallığı qəbul edib və gələcəyi bu yeni reallığa əsaslanaraq qurmağa çalışırlar. Ermənistan Azərbaycana qarşı istənilən düşmənçilik əməllərindən çəkinməlidir.
Rəsmi İrəvanın azərbaycanlılara qarşı nifrətin aşılanmasına son qoymalı və münasibətlərin normallaşmasına rəvac verməlidir. Ermənistanın inkişafı üçün yeganə yol Azərbaycan və Türkiyə ilə əlaqələrin normallaşdırılmasından, ərazi iddialarından əl çəkməsindən keçir. əks təqdirdə Ermənistan bir dövlət kimi süquta uğrayacaq və tarixin səhnəsindən silinib gedəcəkdir.
Bölgəmizdə Rusiya və Avropa İttifaqı əsas beynəlxalq oyunçulardır. İki ölkə arasındakı münasibətlərin normallaşması üçün Rusiya və Avropa İttifaqı həqiqi istəyini nümayış etdirir. Burada hər hansı rəqabət yoxdur. Uzunmüddətli sülhdə maraqlı olan beynəlxalq ictimaiyyətin, təsisatların, ölkələrin bu səyləri çox müsbət nəticə verə bilər. Uzun illər davam edən işğaldan və düşmənçilikdən sonra beynəlxalq oyunçular prosesə birmənalı şəkildə dəstək nümayiş etdirirlər.
Ermənistan otuz ilə yaxın zaman kəsiyində işğal etdiyi ərazilərdə Azərbaycan mədəni irsinə qarşı soyqırımı törədərək, şəhər və kəndlərimiz yerlə-yeksan etmişdir.
Avropa və dünyanın digər yerlərindən olan jurnalistlər də daxil olmaqla, minlərlə ziyarətçi onların bizim tarixi abidələrimizə, şəhər və kəndlərimizə etdiklərini vandallığı öz gözləri ilə görmüşlər. Ağdam, Füzuli mövcud deyil, kəndlərimiz və qəsəbələrimiz tamamilə yerlə-yeksan edilmişdir. Meşələrimiz ekoloji soyqırımına məruz qalmışdır. XXI əsrdə belə vəhşiliklərin törədilməsi heç bir vəchlə unutdurula bilməz. Bu tarixin üz qarasıdır və bunları törədənlər də özlərin “ən qədim sivilizasiyaya malik olduqlarını” elan edən ermənilərdir.
44 günlük müharibədən sonra Azərbaycan tərəfi humanistlik göstərərək, bütün hərbi əsirləri azad etdi. Beynəlxalq müşahidəçilər bunun əyani iştirakçıları olduğu üçün, bunu sübut edə bilərlər. Hazırda saxlanılan şəxslər hərbi əsir hesab edilə bilməzlər, çünki onların əksəriyyəti noyabrın sonunda, müharibə başa çatandan demək olar ki, 20 gün sonra işğaldan azad edilmiş ərazilərə terror aktları törətmək üçün göndərilmişdilər. İndiyədək Azərbaycan 100-dən çox saxlanılan şəxsi azad edib. Cinayət törədənlər isə mühakimə olunublar. Bu cür proseslər Azərbaycan qanunvericiliyi çərçivəsində, ədalət və humanizm üzərində qurulmuşdur.
Azərbaycan iqtisadi sahə də uğurlar qazanır. Belə ki, iqtisadiyyatın şaxələndirilməsi, neft və qaz sahəsindən asılılığın azaldılması istiqamətində davamlı işlər görülür. Ümumi daxili məhsulun strukturunda neft və qaz amili əlli faizdən aşağıdır. Azərbaycan hələ də neft və qaz sektoruna milyardlarla ölçülən sərmayə cəlb etdirir. XXI əsrin ən mühüm infrastruktur layihələrindən olan Cənub Qaz Dəhlizinin dördüncü seqmenti – Transadriatik qaz kəməri 2020-ci il dekabrın 31-də istismara verildi. Bu layihə üzrə ən böyük istehlakçı İtaliyadır, sonra isə Yunanıstan və Bolqarıstandır. Cari ildə artıq Avropa İttifaqına 7 milyard kubmetrdən çox təbii qaz ixrac edilmişdir. Nəzərdə tutulub ki, gələn il 9 milyard kubmetr, 2023-cü ildə isə 11 milyard kubmetr qazın ixrac edilsin.
Heç zaman Azərbaycanın təchiz etdiyi qazın həcmi, Rusiyanın qaz təchizatı ilə müqayisə edilə bilməz. Rusiyanın Avropaya ixracı 100 milyardlarla kubmetr təşkil edir və bu rəqəm artmaqdadır. Azərbaycanın Avropaya qaz ixracı rəqabət təşkil etmir, çünki bu bizim üçün bir kommersiya layihəsidir. Bu gün bütün boru kəmərləri və infrastruktur hazır olduğu üçün Avropa və digər ölkələrə qaz təchizatının əsas mənbəyi olan “Şahdəniz” yatağının daxili gəlirlilik dərəcəsi artıb. Azərbaycanın qazı Türkiyənin ehtiyacının 20 faizini və Gürcüstanın ehtiyacının təqribən 90 faizini təmin edir. Azərbaycanın qazı Avropaya nəql edildiyindən ölkəmiz Avropa İttifaqının bəzi üzv ölkələrinin ehtiyaclarının əhəmiyyətli hissəsini təmin edəcəyinə inanırıq.
Bilirsiniz ki, Azərbaycan 44 gün ərzində XXI əsrin müharibəsini apardı və bu, beynəlxalq hərbi mütəxəssislərin ümumi dəyərləndirməsidir. Səmərəliliyin səbəbi təkcə dronlarda deyil, eyni zamanda yüksək peşəkarlıqla aparılmış kəşfiyyat işləri ilə əlaqədardır. Kəşfiyyat dronları, kamikadze dronları və qırıcı dronlar effektiv şəkildə Ordumuz tərəfindən istifadə olunmuşdur. Azərbaycan Ordusu İsrailin hava hücumundan müdafiə sistemi və Rusiyanın hava hücumundan müdafiə sisteminə (S300) malikdir. Eyni zamanda Azərbaycan Ordusunda “BUK” tipli hava hücumundan müdafiə sistemi var. Azərbaycan 30-dan çox ölkəyə öz hərbi məhsullarını ixrac edir.
Acınacqlı məclubiyyətlərinə baxmayaraq Rəsmi İrəvanın hərbi cinayətləri hələ də davam edir. Üç minə yaxın azərbaycanlı hərbiçi öz vətənləri uğrunda şəhid olublar. Ermənistan 30 il ərzində Qarabağda 6 istehkam xətti qurmuş və minlərlə mina basdırmışdır. Müharibənin bir ildən öncə qurtarmasına baxmayaraq hələ də basdırılmış minalardan ölənlər və yaralalanlar var. Belə ki, ancaq müharibədən sonra 200 nəfər hərbiçi və mülki şəxslər minaya düşərək həlak olublar və ya yaralanıblar.
Rəşid Məmmədov – Azərbaycan Turizm və Menecment Universitetinin Tələbə-Gənclər Təşkilatının sədri – Nərimanov rayonun fəal gənci