Noyabrın 30-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva XXII Azərbaycan Beynəlxalq Telekommunikasiya və İnformasiya Texnologiyaları sərgisi - “Bakutel-2016” ilə tanış olub.
Rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə dövlət başçısına və xanımına sərgi barədə məlumat verib.
Dörd gün davam edəcək sərgi çərçivəsində “Gözdən əlil uşaqlar üçün səsli kitabxana”, “Muzeylərin rəqəmləşdirilməsi”, “Google art project” layihələrinin təqdimatı, startapların geniş iştirakı baş tutacaq.
Daha sonra qonaqlar sərginin pavilyonları ilə yaxından tanış oldular. İlham Əliyev və xanımı sərgi iştirakçıları ilə "selfie" çəkdiriblər.
MilliYol.Az
Fotolar
Digər xəbərlər
loading...