Türkiyənin baş naziri postuna namizəd rəsmən açıqlanıb. "Milli Yol" xəbər verir ki, AKP-nin namizədi Binəli Yıldırım olub.
Türkiyənin nəqliyyat, dənizçilik və kommunikasiya nazirinin namizədliyi hakim partiyanın Mərkəzi İdarə Heyətinin bu gün keçirilən toplantısından sonra elan olunub. AKP-dən olan deputatlar və nazirlərin çoxu onun baş nazir postuna namizədliyini dəstəkləyib.
Qeyd edək ki, mayın 22-də AKP-nin növbədənkənar qurultayı keçiriləcək. Həmin tədbirdə Binəli Yıldırımın partiyaya sədrliyinə və baş nazir vəzifəsinə namizdəliyi təsdiqlənəcək.
Xatırladaq ki, toplantıda baş nazir vəzifəsindən istefa verən Əhməd Davudoğlu da iştirak edib. O, Binəli Yıldırıma gələcək fəaliyyətində uğurlar arzulayıb.
"Milli Yol"
Digər xəbərlər
loading...