Qobustan Rayon İcra Hakimiyyətinin sabiq başçısı Rafiq Alışov vəfat edib.
MilliYol.Az xəbər verir ki, bir müddət öncə infarkt keçirən keçmiş icra başçısı 67 yaşında dünyasını dəyişib.
Qeyd edək ki, 1994-2001-ci illərdə Qobustan Rayon İcra Hakimiyyətinin başçısı olan Rafiq Alışov 2013-cü ildə də Xəzər Rayon Məhkəməsinin qərarı ilə həbs edilib və 2016-cı ildə Bakı ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 8 il 6 ay müddətinə azadlıqdan məhrum olunub. O, Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) və 320 (saxta sənəd) maddələri ilə ittiham edilib. 2017-ci ildə isə səhhətindəki problemlərə görə amnistiya aktı çərçivəsində əfv olunaraq azadlığa çıxıb.
Digər xəbərlər
loading...