"Ağ Partiya"başqanı Tural Abbaslının toyunun tarixi dekabrın 21-nə təyin olunub.
MilliYol.Az bizim.media-ya istinadən bildirir ki, bu barədə məlumatı Tural Abbaslının özü verib.
Onun sözlərinə görə toyun baş tutması ilə bağlı bütün qaydalara əməl olunacaq.
"Qismət olsa, dekabrın 21-də toydur. Şəxsi həyatımdan danışmağı sevmirəm. İnşallah hər şey yaxşı olar", - deyə Tural Abbaslı bildirib.
Qeyd edək ki, ötən ilin mayında nişanlanan Tural Abbaslı Müsavat Partiyasının üzvü, sabiq deputat İkram İsrafilin qızı Nərmin İsrafil ilə ailə həyatı quracaq.
Digər xəbərlər
loading...