UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinin püşkatması təkrarlana bilər.
MilliYol.Az xəbər verir ki, buna səbəb püşkatma zamanı texniki səhvə yol verilməsidir.
Belə ki, püşk eyni qrupda mübarizə aparan iki komanda -"Vilyarreal" və "Mançester Yunayted"i üz-üzə qoyub. Səhvini başa düşən mütəxəssislər səbətdən yenidən püşk çıxartmalı olublar.
Mərasim bitdikdən sonra isə UEFA rəsmi olaraq püşkatmanın bu gün yenidən keçiriləcəyini bildirib.
15.26
UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinin püşkü atılıb.
MilliYol.az-ın məlumatına görə, İsveçrənin Nyon şəhərində keçirilən tədbirdə bu raundun cütlükləri müəyyənləşib.
1/8 finalın ilk görüşləri 2022-ci il 15 - 16 və 22 - 23 fevralda, cavab qarşılaşmaları 8 - 9 və 15 - 16 martda oynanılacaq. Bütün oyunlar Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.
UEFA Çempionlar Liqası
1/8 final mərhələsi
"Benfika" (Portuqaliya) - "Real Madrid" (İspaniya)
"Vilyarreal" (İspaniya) - "Mançester Siti" (İngiltərə)
"Atletiko" (Madrid, İspaniya) - "Bavariya" (Almaniya)
"Zaltsburq" (Avstriya) - "Liverpul" (İngiltərə)
"İnter" (İtaliya) - "Ayaks" (Niderland)
"Sportinq" (Portuqaliya) - "Yuventus" (İtaliya)
"Çelsi" (İngiltərə) - "Lill" (Fransa)
PSJ (Fransa) - "Mançester Yunayted" (İngiltərə)