Mərkəzi Bank “Toyota Absheron Merkezi” MMC ilə satınalma müqaviləsi imzalayıb.
Maliyyə dəyəri 73 300.01 AZN olan müqavilədə Mərkəzi Bankı üçün bir ədəd sedan tipli nəqliyyat vasitəsinin satın alınması nəzərdə tutulur.
“Toyota Absheron Merkezi” MMC 12 yanvar 2021-ci ildə dövlət qeydiyyatlna alınıb. Şirkətin nizamnamə kapitalı 1000 AZN, qanuni təmsilçisi isə Məmmədov Cəmil Böyükağa oğludur.
Şirkətin rəsmi veb-səhifəsində hazırda aşağıdakı avtomobillərin satışda olduğu qeyd edilib:
“Corolla” və “Corolla HİBRİD” – qiyməti 34 600 AZN-dən başlayır;
“Camry Hibrdid” – qiyməti 74 700 AZN-dən başlayır;
“C-HR” – qiyməti 44 600 AZN-dən başlayır;
“RAV4” və “RAV HİBRİD” – qiyməti 51 900 AZN-dən başlayır;
“Land Cruiser Prado” – qitməti 86 600 AZN-dən başlayır;
“Land Cruiser 300” – qiyməti 147 300 AZN-dən başlayır;
“Toyota Fortuner” – qiyməti 73 800 AZN-dən başlayır;
“Hilux” – qiyməti 58 200 AZN-dən başlayır;
“Highlander” – qiyməti 91 000 AZN-dən başlayır.
Mərkəzi Bankla “Toyota Absheron Merkezi” MMC arasındakı müqavilənin maliyyə dəyəri ilə “Camry” və “Toyota Fortuner”in qiymətləri cüzi fərq var. “Toyota Fortuner” sedan tipli olmadığına görə ehtimal etmək olar ki, Mərkəzi Bank şirkətdən “Camry” almaq niyyətindədir.//Qaynarinfo.az