Azərbaycan Rəqəmsal İnkişaf və Nəqliyyat naziri Rəşad Nəbiyev "Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi” publik hüquqi şəxsə sədr müavini təyin edib.
Qaynarinfo-nun əldə etdiyi məlumata görə, nazirin müvafiq əmri ilə bu ilin fevral ayında "Avtomobil Nəqliyyatı ilə Daşımaların Təşkili” Məhdud Məsuliyyətli Cəmiyyətinə baş direktor təyin olunan Natiq Dadaş oğlu Dadaşov bu vəzifəsindən azad olunaraq sədr müavini təyin olunub.
Qeyd edək ki, N. Dadaşov uzun müddət Sumqayıt şəhər İcra hakimiyyətinin İstehsal və xidmət sahələri sektorunun müdiri vəzifəsində çalışıb.
Digər xəbərlər
loading...