“Uzun illər hakimiyyətdə olan biri kimi demək istəyirəm ki, 2017-ci ilin büdcə və vergi siyasətinə baxdıqda həqiqətən də vəziyyətin gələn ilin mürəkkəb olacağını deyə bilərik.
Amma bu o demək deyil ki, vəziyyət çox pisdir. Azərbaycan 90-cı illərdə bundan da pis durumlarda yaşayıb”.
Modern.az-ın xəbərinə görə, bu sözləri Mərkəzi Bankın sədri Elman Rüstəmov 2017-ci il dövlət büdcə layihəsinin Milli Məclisin komitələrində müzakirəsi zamanı deyib.
Elman Rüstəmov söyləyib ki, deputat Zahid Orucun tutduğu irad və etdiyi tənqid yerindədir: “Bu gün formalaşmış büdcəyə böyük əmək qoyulub. Maliyyə Nazirliyinin böyük zəhməti var. Zahid Orucla razılaşıram ki, bizim kommunikasiya siyasəti effektli deyil”.
MilliYol.Az
Digər xəbərlər
loading...