Prezident İlham Əliyev bu gün Qazax rayonuna yeni icra başçısı təyin edib. Dövlət başçısının sərəncamı ilə vəzifəsindən azad edilərək Yardımlıya göndərilən Ayaz Nəriman oğlu Əsgərovu Rəcəb Abas oğlu Babaşov əvəzləyib.
Rəcəb Babaşovun kimliyi ilə bağlı interten qaynaqlarında qısa araşdırma apardıq və ortaya çox ilginc məqamlar çıxdı.
Milliyol.az xəbər verir ki, Rəcəb Babaşovun adı indiyədək bir çox qalmaqallı olaylarda hallanıb. Öncə vurğulayaq ki, onun adı "MTN işi"ndə hallanıb. Oktyabrın 17-də dövlət başçısının sərəncamı ilə işdən azad edilən mili təhlükəsizlik naziri Eldar Mahmudovun sahibkarlara, sadə vətəndaşlara etdiyi zülmə görə ətrafında olan hər kəs dindirildi. Xeyli insan həbs olundu. Prosses Milli Təhlükəsizlik Nazirliyindən Vergilər Nazirliyinə, rabitə sektoruna qədər böyük bir arealı əhatə elədi. Həbs olununlardan biri də Vergilər Nazirliyində Vergi Cinayətlərinin Təhqiqi Departamentinin rəisi olan Vidadi Məmmədov olmuşdu. "MTN işi" ilə bağlı olaraq işdən çıxarılandan dərhal sonra həbs edilən Vidadi Məmmədovun sahibkarlara qarşı amansız davranışları, təzyiq, şantaj yolu ilə pul tələb etmə, vəzifə səlahiyyətlərindən sui-istifadə halları ilə bağlı dindirildiyi bildirilir.
Həmin vaxt nazirliyin Bakı Vergilər Departamentində İri Vergi Ödəyiciləri ilə iş üzrə rəis müavini işləyən Rəcəb Babaşovla bağlı da müəyyən məlumatlar yayılmışdı. Onun "Azərbaycan Dəmir Yolları" QSC-nin rəisi olan Cavid Qurbanovla yaxın olduğu və Qurbanovun biznesini idarə etdiyi bildirilirdi. Hətta Cavid Qurbanovun "qara kassası" adlandırılmışı.
İddiaya görə, Rəcəb Babaşov nəinki paytaxtda, hətta regionlarda da böyük biznes imperiyasının olması ilə tanınan oliqarxlardan biridir. Onun şəxsi mülkiyyətində olan avtomobillərin bütün seriya nömrələri 077 ilə bitir. Bakıda "077" adlı xeyli sayda pristijli avtoyuma məntəqələri, ticarət obyektləri, restoranları var. Və Rəcəb Babaşovun bu şəkildə yüksəlməsində ən mühim rolu da MTN-çilərin oynadığı söylənilir.
İddialara görə, Rəcəb Babaşovun Sabirabad rayonunun Qaralar kəndində 2 milyon manat dəyər olan villası, Bakının Bayıl qəsəbəsində yerləşən "Aran" restoranı və "Aran" kafesi, Fatmeyi kəndində 5 milyon manat dəyəri olan villası, Bakının müxtəlif rayonlarında çox sayda mənzili, şəxsi qarajlarında dəyəri yüzminlərlə ölçülən lüks avtomobilləri, Türkiyə və Almaniyada biznesi və bir çox adını sadalamadığımız obyektləri var.
Yuxarıda da qeyd etdiyimiz kimi, Rəcəb Babaşov Cavid Qurbanovun ən yaxın adamıdır. O, məhz bu yaxınlıq sayəsində vəzifə pillələrində sürətlə irəliləyir. İddialara görə, Qazaxın yeni icra başçısı "MTN işi" çərçivəsində həbs olunmalı imiş. Amma həmin vaxt Cavid Qurbanov onu həbsxanadan xilas edə bilib.
Milliyol.az
Digər xəbərlər
loading...