Almaniya kansleri Angela Merkel Türkiyənin AB-yə üzv olması ilə bağlı danışıqların başlamasına qarşı çıxıb.
“Qafqazinfo” “Bild” qəzetinə istinadən xəbər verir ki, bu barədə Merkel üzvü olduğu Almaniya Xristian-Demokrat Birliyi partiyasında çıxışı zamanı bildirib.
Partiya iclasında iştirak edən mənbənin “Bild”ə veridiyi məlumata görə, bu o deməkdir ki, müzakirələr faktiki olaraq başa çatıb.
Bundan başqa Merkel partiyanın Türkiyənin AB-yə daxil olması ilə bağlı mövqeyinin seçicilərə çatdırılmasını tapşırıb.
Qeyd edək ki, AP noyabrın 24-də Strasburqda keçirilən plenar sessiyasında Türkiyənin Aİ-yə üzv olması üçün aparılan danışıqların dayandırılmasına çağıran qətnaməni qəbul edib.
MilliYol.Az
Digər xəbərlər
loading...